2015-ci ildə fizika üzrə Nobel mükafatına yaponiyalı Takaaki Kajita və kanadalı Artur Makdonalda layiq görülüblər. Onlar neytrin rəqslərinin kütləsini kəşf etdiklərinə görə bu mükafatla təltif olunublar. Alimlər sübut edib ki, Günəşdən partlayış zamanı Yerə gələn neytrinlər tam olaraq məhv olmur, onlar müəyyən kütləyə sahib olduğu üçün formasını dəyişirlər.
Qeyd edək ki, indiyə kimi aparılan tədqiqatlar neytrinlərin kütləsiz olduğunu göstərirdi.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir