Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və 28 May – Müstəqillik Günü münasibətilə “Şəms” milli mükafatlandırma mərasimi keçirilib.
Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, incəsənət xadimləri, diplomatik korpusun nümayəndələri, yerli və xarici mətbuat nümayəndələri iştirak ediblər.
AMEA-nın “Elm” nəşriyyatının direktoru, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov da bu fəxri mükafatla təltif edilib.
Qeyd edək ki, “Şəms” Milli Mükafatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyində təsis olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.