Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.06.2023 17:40
  • A-
  • A
  • A+

“Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərində olublar

“Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda keçirilən VII beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərində olublar

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Seysmologiya və mühəndis seysmologiyası” mövzusunda Bakıda keçirilən VII beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərinə səfər ediblər.

Səfərdə xarici ölkələrdən olan seysmoloq alim və mütəxəssislər, eləcə də AMEA nəzdində RSXM-nin baş mühəndisi Ramiz İskəndərov, Beynəxalq əlaqələr şöbəsinin müdiri Telman Cəfərov, şöbənin böyük elmi işçisi Altay Cəfərov, İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı və şöbənin redaktoru Nuranə Məmmədova iştirak ediblər. Qonaqlara səfər çərçivəsində Azərbaycanın işğaldan azad olunmuş əraziləri və Şuşa şəhəri haqqında ətraflı məlumat verilib.

Qonaqlar əvvəlcə Füzuli rayonunda ermənilərin törətdikləri dağıntılarla tanış olublar. Daha sonra isə Şuşa şəhərinə gəliblər. Şuşa şəhərindəki bir çox tarixi mədəniyyət abidələri haqqında qonaqlara ətraflı məlumat verilib. Həmçinin səfər iştirakçıları “Heydər Əliyev və Qarabağ” fotosərgisində, Cıdır düzündə, Bülbülün ev muzeyində və Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqifin məqbərəsində olublar.

Bununla da Bakıda keçirilən konfrans çərçivəsində tədbirlər yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: