Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

11.08.2023 09:58
  • A-
  • A
  • A+

Cəlilabadda 9 min il əvvələ aid edilən təpədə qazıntılar aparılır

Cəlilabadda 9 min il əvvələ aid edilən təpədə qazıntılar aparılır

Cəlilabadın Paşatəpə qədim yaşayış məskənində qazıntı işləri aparılır.

Paşatəpə adlanan ərazi rayonun Cəfərxanlı kəndi ərazisində yerləşir. Qazıntı işlərini AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun əməkdaşları aparır.

Kəndin mərkəzində yerləşən ərazidə ötən il AMEA-nın əməkdaşları arxeoloji qazıntılar aparıblar. Qazıntılar zamanı təpədə 9 min il əvvələ aid olan yaşayış məskəni aşkar edilib, çoxlu məişət əşyaları, insan sümükləri tapılıb. Həmçinin bu qədim yaşayış məskənində Azərbaycan tarixində ikinci hesab olunacaq atın əhliləşdirilməsi ilə bağlı nümunələr də aşkarlanıb. İlk belə nümunələr də Cəlilabadda yerləşən Əliköməktəpə yaşayış məskənində aşkar olunmuşdu.

Qeyd edək ki, Paşatəpə qədim yaşayış məskəni alimlər tərəfindən ötən əsrin 70-ci illərində qeydə alınıb.

AzərTac

  • Paylaş: