Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.08.2023 12:24
  • A-
  • A
  • A+

YTP əməkdaşları Avropa Birliyinin layihəsi çərçivəsində təşkil olunmuş maarifləndirmə sessiyasında iştirak ediblər

YTP əməkdaşları Avropa Birliyinin layihəsi çərçivəsində təşkil olunmuş  maarifləndirmə sessiyasında iştirak ediblər

Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının (YTP) İnkubasiya və Texnologiyaların Transferi Mərkəzinin müdiri Bünyamin Seyidov və Biznesin inkişafı və rezidentlərlə iş şöbəsinin aparıcı mütəxəssisi Ruslan Yusifov Avropa Birliyinin EU4Digital layihəsi çərçivəsində təşkil edilən “Şərq Tərəfdaşlığı ölkələrində yüksək effektiv inkubasiyanın inkişafında özəl sektorun rolu” adlı maarifləndirmə sessiyasında iştirak ediblər.

Tədbirdə yüksək performanslı inkubasiya və özəl sektorla startaplar arasında əlaqələr, onların cari bazar ehtiyaclarına istiqamətlənmələrinə dair təqdimatlar olub.

Sessiya çərçivəsində YTP əməkdaşları Şərq tərəfdaşlığı ölkələrini təmsil edən təşkilatların ən yaxşı təcrübələrinin mübadiləsi üçün təşkil olunan müzakirələrə də qoşulublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: