Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdirləri, coğrafiya elmləri doktorları - professor Rza Mahmudov və Səid Səfərov AzTV-nin “Hədəf” verilişinin qonağı olub.
Xəzər dənizinin ekoloji vəziyyətinə həsr edilmiş verilişdə Xəzərlə bağlı problemlər, onların həlli yolları müzakirə edilib, təkliflər dinlənilib. Alimlər digər Xəzəryanı ölkələrdə - Rusiya, Qazaxıstan, İran və Türkmənistanda olduğu kimi, Azərbaycanda da Xəzərin geniş tədqiqi ilə məşğul olan Xəzər dənizi mərkəzinin yaradılmasını, eləcə də əvvəllər ölkəmizdə fəaliyyət göstərən Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun bərpasını labüd hesab edirlər. Xəzəri “iqlimin laboratoriyası” adlandıran coğrafiyaçı alimlər iqlimin Xəzərə və əksinə olaraq, Xəzərin iqlimə təsirindən, iqlimlə bağlı dəniz hövzələrində yaranan problemlərdən danışıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.