Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA əməkdaşı Azərkosmosun keçirdiyi müsabiqəyə layihə təqdim edib
13.01.2025 09:58
  • A-
  • A
  • A+

AMEA əməkdaşı Azərkosmosun keçirdiyi müsabiqəyə layihə təqdim edib

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti Aparatının Təsərrüfat işlərinin təşkili şöbəsinin müdir müavini Kamran Mustafayev Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təşkilatçılığı ilə keçirilmiş «Yerin müşahidəsi üzrə müsabiqə 2024»ə “Dəmiryol nəqliyyatı ilə yük və sərnişindaşımaların avtomatlaşdırılmasında yeni və innovativ texnoloji imkanların tətbiqi nəzərə alınmaqla müxtəlif təklif variantlarının və Azərbaycanın regionları üzrə dəmiryol xətlərinin xəritə üzərində keçid sxemlərinə, ölkəmizdə nəqliyyat sektoru üzrə ekoloji cəhətdən daha səmərəli təkliflərin işlənilməsinin və atmosferdən karbon qazının insan fəaliyyəti vasitəsilə çıxarılmasına dair təkliflərin verilməsi mümkünlüyünün araşdırılması” adlı layihə təqdim edib.

Layihədə dəmiryol nəqliyyatı ilə yük və sərnişin daşımalarının avtomatlaşdırılmasında yeni və innovativ texnoloji imkanların tətbiqi nəzərə alınmaqla Azərbaycanın regionlarında dəmir yolu xətlərinin xəritə kəsişmə sxemləri və ölkəmizin nəqliyyat sektorunda ekoloji cəhətdən daha səmərəli təkliflərin işlənilməsinin və atmosferdən karbon qazının insan fəaliyyəti vasitəsilə çıxarılmasına dair müxtəlif təklif variantlarının verilməsi imkanları araşdırılmışdır. 

Layihədə aktual və zəruri hesab edilən inkişaf strategiyasının təşkili məqsədi ilə şəbəkə sistemini işə salmaq üçün müasir və səmərəli idarəetmə prinsipləri əsasında ixtisaslaşmış proqram təminatının yenilənməsinin zəruriliyindən, Azərbaycanda müxtəlif inkişaf etmiş ölkələrdə olduğu kimi mövcud dəmir yolu şəbəkəsinin yüksək səviyyəli idarəetmə mərkəzlərinin (Yüksək səviyyəli sənaye və nəqliyyat şəbəkəsi sistemi) və yüksək texnologiyaların tətbiqi sayəsində elektron mərkəzlərin yaradılmasından, dəmir yolu nəqliyyatı vasitəsilə mühüm və perspektiv inkişaf üsullarının və ölkəmizin nəqliyyat sektorunda ekoloji cəhətdən daha səmərəli təkliflərin işlənilməsinin və atmosferdən karbon qazının insan fəaliyyəti vasitəsilə çıxarılmasının müəyyənləşdirilməsinin təklif edilməsindən, layihənin CO2 emissiyasının azaldılmasında ekoloji cəhətdən daha səmərəli təkliflərin işlənilməsinin və atmosferdən karbon qazının insan fəaliyyəti vasitəsilə çıxarılmasında mühüm rol oynaya biləcəyindən bəhs edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: