AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin elmi işçisi Xatirə Kərimova Türkiyənin Ədirnə şəhərində keçirilmiş Beynəlxalq Trakya Elmi Araşdırmalar Konqresində onlayn şəkildə iştirak edib.
Azərbaycan, Türkiyə, İtaliya, Rumıniya, Əlcəzair, Pakistan və bir sıra ölkələrin aparıcı təhsil və elmi-tədqiqat müəssisələrinin alim və mütəxəssislərinin qatıldığı konqresdə Xatirə Kərimova “Mirzə Kazım bəyin “Türk-tatar dilimin ümumi qrammatikası” əsərində zərflər və mənaca növləri” mövzusunda məruzə edib və çıxışına görə təşkilatçı qurumların sertifikatına layiq görülüb.
Qeyd edək ki, beynəlxalq konqres ASES – Elm və Təhsil Araşdırmaları Akademiyası və Trakya Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.