Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.09.2023 11:04
  • A-
  • A
  • A+

Qardaş ölkənin mediası: “Türk Dili Günü ilk dəfə Türkiyədən kənarda qeyd olundu”

Qardaş ölkənin mediası: “Türk Dili Günü ilk dəfə Türkiyədən kənarda qeyd olundu”

Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının və Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun tərkibinə daxil olan Türk Dil Qurumunun təşkilatçılığı ilə keçirilən və Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Uluslararası Oğuz Türkcəsi Konfransı”na qardaş ölkənin mediası geniş yer verib.

Belə ki, Türkiyənin məşhur “Yeni akit” qəzeti, “turkiyegazetesi”, “yesiligdir”, “haberiniz.com”, “kastamonuguncel”, “adanamasasi.com”, “liderhaber.com.tr”, “habermakedonya.net”, “taskoprupostasi.com”, “gapolaygazetesi”aciksoz.com.tr, gazetekars.com”, benguturk.com”, “Ersin Turan Youtube kanalı və digər saytlarında Azərbaycan-Türkiyə dostluq, qardaşlıq münasibətlərindən danışılıb, “Türk Dili Günü”nün ilk dəfə Türkiyədən kənarda qeyd olunduğu oxucuların diqqətinə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: