Elm və Təhsil Nazirliyinin Zoologiya İnstitutunun Parazitologiya laboratoriyasının müdiri v.i.e, b.e.d., dosent Asif Manafov Rusiya Federasiyasının Petrozavodsk şəhərində (Kareliya Elmi Mərkəzində) Rusiya Parazitoloqları cəmiyyətinin 7-ci qurultayında iştirak edib.
Qurultayda alim “Səbəb-nəticə münasibətləri mövqeyindən parazitizmə baxış” adlı məruzə ilə çıxış edib. Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qurultay ərəfəsində Rusiya parazitoloqlar cəmiyyətinin prezidenti, biologiya elmləri doktoru, professor K.V.Qalaktionov, Rusiya EA Kareliya Elmi Mərkəzinin Biologiya İnstitutunun professoru, b.e.d. Yeşko Y.P.Gertsen adına Sankt-Peterburq Dövlət Universitetinin professoru, b.e.d. G.L.Atayev, Rusiya EA Zoologiya İnstitutunun baş elmi işçisi, b.e.d. A.Y. Rıss ilə işgüzar görüşlər keçirərək gələcəkdə birgə elmi-tədqiqat işlərinin aparılması üçün maraq doğuran mövzular üzrə fikir mübadilələri edilib. Bundan əlavə, Rusiya Federasiyasının müxtəlif bölgələrindən (Moskva, Sankt-Peterburq, Pskov, Novosibirsk, Krasnoyarsk, Vladivostok, Murmansk və digər) gəlmiş bir çox parazitoloq-alimlərlə fərdi və qrup halında keçirilən görüşlərdə müasir parazitologiyanın aktual problemləri ilə bağlı çox faydalı müzakirələr aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.