Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.02.2024 14:34
  • A-
  • A
  • A+

Vüqar Əhməd ADPU-nun 100 illik yubiley medalı ilə təltif olunub

Vüqar Əhməd ADPU-nun 100 illik yubiley medalı ilə təltif olunub

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubiley medalı ilə təltif olunub.

Təqdimat mərasimi ADPU-nun 100 illiyi ilə əlaqədar sözügedən universitetin akt zalında keçirilən “Ana dili” günü tədbirində baş tutub. Professor Vüqar Əhməd təltifə görə elm və təhsil naziri Emin Əmrullayevə, ADPU-nun rektoru professor Cəfər Cəfərova, professor Mahirə Nağıqızına xüsusi minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: