Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.03.2024 13:05
  • A-
  • A
  • A+

Akademik İsa Həbibbəyli görkəmli yazıçı Mir Cəlal Paşayevin Gəncə şəhərindəki ev muzeyini ziyarət edib

Akademik İsa Həbibbəyli görkəmli yazıçı Mir Cəlal Paşayevin Gəncə şəhərindəki ev muzeyini ziyarət edib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Gəncə şəhərində görkəmli yazıçı, ədəbiyyatşünas alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar elm xadimi Mir Cəlal Paşayevin ev muzeyini ziyarət edib.

Akademik İsa Həbibbəyli muzeylə yaxından tanış olub, xatirə kitabına ürək sözlərini yazıb.

Qeyd edək ki, ziyarət AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyətinin Akademiyanın Gəncə Bölməsində keçirilən görkəmli ədəbiyyatşünas alim, akademik Həmid Araslının 115 illiyinə həsr olunmuş elmi konfransda iştirakı məqsədilə Gəncə şəhərinə səfəri zamanı baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: