Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

02.12.2015 12:12
  • A-
  • A
  • A+

Azərbaycan və İran mədəni əlaqələrini birləşdirən “Muğam” körpüsü

Azərbaycan və İran mədəni əlaqələrini birləşdirən “Muğam” körpüsü

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2013-cü il üçün elan edilmiş əsas qrant müsabiqəsinin qalibi olmuş “Azərbaycan muğamı: tarixi kökləri, fəlsəfə və ifaçılıq ənənələri” adlı layihənin rəhbəri, Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə elmlər doktoru Sevil Fərhadova və həmin layihənin icraçısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Yeganə Bayramlı İran İslam Respublikasının Tehran şəhərində elmi ezamiyyətdə olublar.

Ezamiyyətdə məqsəd muğam ənənəsinin inkişaf mühitinin araşdırılması idi. Azərbaycanlı alimlər Tehranda bir sıra mədəniyyət xadimləri, o cümlədən muğam ifaçıları ilə görüşlər keçirib, onların muğama olan münasibəti, muğam-dəstgah ənənəsinin İranda qorunub saxlanılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Azərbaycanlı alimlər muğamın tədqiqində lazımlı ədəbiyyatın toplanılması üçün “Milli kitabxana”da orta əsrlərlərin zənginliyini özündə daşıyan nadir nüsxələrlə yaxından tanış olublar. Onlar, həmçinin Tehranda Azərbaycan musiqisinin təbliğini həyata keçirən “Azərbaycan mədəniyyət ocağında” da olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: