Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

15.03.2024 14:32
  • A-
  • A
  • A+

BDU-nun tələbələri Geologiya və Geofizika İnstitutunda təcrübə keçirlər

BDU-nun tələbələri Geologiya və Geofizika İnstitutunda təcrübə keçirlər

Bakı Dövlət Universiteti ilə Geologiya və Geofizika İnstitutu arasında uğurla davam edən qarşılıqlı əməkdaşlıq daha bir mərhələyə qədəm qoyub. Əməkdaşlığın daha səmərəli nəticə verməsi məqsədilə universitet və institut arasında yeni müqavilə imzalanıb. Tərəflər “Ali (orta ixtisas) təhsil müəssisələri tələbələrinin ixtisas üzrə təcrübəsinin keçirilməsi haqqında” Əsasnaməyə uyğun olaraq, Geologiya və Geofizika İnstitutunda Bakı Dövlət Universitetinin Kimya fakültəsinin IV kurs tələbələrinin təcrübə keçməsi haqqında razılığa gəliblər.

Təcrübə keçəcək tələbələr üç qrupa bölünüblər və ilk qrup fevral ayının 16-dan institutda bilik və təcrübələrini artırmaqdadırlar. Proses may ayının 24-nə kimi davam edəcək. Müqavilə müddətinin builki mərhələsndə 29 tələbənin iştirakı nəzərdə tutulub. 

BDU tələbələri Geologiya və Geofizika İnstitutunun dünyanın aparıcı istehsalçılarının avadanlıqları ilə təchiz edilmiş Analitik mərkəzində süxurlar, filizlər, filizlərdən alınan texnoloji məhsullar, içməli sular, ekoloji sahələr və s. obyektlərin Almaniya,Yaponiya, Rusiya standartları və metodları üzrə analizlərinin aparılması prosesində də iştirak edirlər.

ETN Geologiya və Geofizika İnstitutunun baş direktoru akademik Akif Əlizadə ali məktəb tələbələri ilə görüşərək onların təcrübə prosesində iştirakı ilə bağlı sorğu keçirib və xatirə fotosu çəkdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: