Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq seminar keçiriləcək
18.03.2024 14:15
  • A-
  • A
  • A+

“Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq seminar keçiriləcək

5 aprel 2024-cü il tarixində AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun təşkilatçılığı ilə “Yaşıl enerji və yaşıl iqtisadiyyat problemləri” mövzusunda beynəlxalq iştirakla elmi seminar keçiriləcək.

Seminarın keçirilməsinin məqsədi müvafiq sahə mütəxəssislərini vahid platformada birləşdirməklə, son illərdə “Yaşıl enerji” tədqiqatlarında qazanılan, yeni, ekoloji təmiz energetik texnologiyaların yaradılması və tətbiqi sahəsində əldə edilən elmi-metodiki və texniki uğurların, yeni yanaşmaların nümayişi, bu sahədə təcrübə mübadiləsi və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsindən ibarətdir. Elmi tədbirdə müzakirə olunacaq əsas məsələlər aşağıdakılardır:

 Cəmiyyətin inkişafında yaşıl dünyanın kosmik rolu;

 Yaşıl enerji və ətraf mühit problemləri;

Bioyanacaq və hidrogen iqtisadiyyatı;

 Bərpa olunan enerji texnologiyaları və onların cəmiyyətin sosial-iqtisadi inkişafına təsiri;

Ekoloji problemlərin həllində innovativ yanaşmalar;

 Bərpa olunan enerji sahəsində texnoloji trendlər.

Bütün maraqlı tərəflər və mütəxəssislər dəvətlidirlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: