Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

18.03.2024 16:36
  • A-
  • A
  • A+

Gənc alim Günel Məlikli sertifikatla mükafatlandırılıb

Gənc alim Günel Məlikli sertifikatla mükafatlandırılıb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, gənc alim, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Azərbaycan Ordusunun Tədris Mərkəzində təşkil olunmuş konfransda zabitlər qarşısında “Ali Baş Komandan İlham Əliyevin Prezidentliyinin 20 ilinin uğur salnaməsi” mövzusunda çıxış etdiyinə görə sertifikatla mükafatlandırılıb.

“Qüdrətli sərkərdəmiz İlham Əliyevin böyük məharət və səbrlə, hesablanmış dəqiq addımları sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin edildi və bu gün Ali Baş Komandan İlham Əliyev Azərbaycanı yeni yolla yeni hədəflərə doğru aparır”, - deyə, Günel Məlikli vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: