Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.03.2024 12:32
  • A-
  • A
  • A+

AMEA-nın Nadir ağaclar parkında növbəti ağacəkmə aksiyası keçirilib

AMEA-nın Nadir ağaclar parkında növbəti ağacəkmə aksiyası keçirilib

Ölkə başçısının 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bundan irəli gələrək 22 yanvar 2024-cü il tarixində AMEA-nın Tədbirlər planı qəbul olunub.

Sözügedən Tədbirlər planı çərçivəsində AMEA-nın Akademiya şəhərciyində salınmış Nadir ağaclar parkında növbəti ağacəkmə aksiyası keçirilib.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, Azad Həmkarlar İttifaqı və Gənc Alim və Mütəxəssislər Şurasının əməkdaşları iştirak ediblər.

Akademik İsa Həbibbəyli çıxış edərək əməkdaşları Novruz bayramı münasibətilə təbrik edib, AMEA-da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində geniş tədbirlərin il ərzində keçiriləcəyini söyləyib.

Daha sonra Nadir ağaclar parkında ölkəmizin iqlim şəraitinə uyğun, dözümlü ağac və kol bitkiləri əkilib və aqrotexniki qulluq göstərilib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində salınmış Nadir ağaclar parkının salınmasında məqsəd ölkəmizdə ekologiyanın qorunması, təbiətə qayğı hissinin təbliği və ətraf mühitin sağlamlaşdırılmasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: