Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

28.03.2024 14:47
  • A-
  • A
  • A+

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda seminar keçirilib

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda seminar keçirilib

Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) və AMEA-nın əməkdaşlığı çərçivəsində “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda seminar keçirilib.

Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları, eləcə də Ədəbiyyat İnstitutunda təcrübə keçən tələbələr iştirak ediblər.

Seminarı AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Mehman Həsənli açıb, təmsil etdiyi müəssisədə həyata keçirilən elektronlaşma işlərindən danışıb, perspektivdə nəzərdə tutulan tədbirləri diqqətə çatdırıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin bu istiqamətdə görülən işlərə xüsusi önəm verdiyini vurğulayıb.

Sonra AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov “AMEA-da elektron hərəkat və yeni çağırışlar” mövzusunda geniş çıxış edib. F.İmranov Akademiyada işıq üzü görən jurnalların elektron vəziyyəti, onların beynəlxalq elmi bazalara daxil edilməsi, “Google Scholar” və digər elmi platformalarla bağlı görülən işlərin təkmilləşdirilməsindən danışıb.

“Elektron Akademiya” şöbəsinin baş mütəxəssisi Elnur Eltürk isə “Vikipediya” sahəsində Akademiyada yaranmış fəallığa diqqət çəkib. Ədəbiyyat İnstitutunun bu sahədə gördüyü işləri xüsusi qeyd edib. Akademiyada yeni “Vikipediya” qruplarının yaradılması, onların təlimə cəlb edilməsi ilə bağlı fikirlər səsləndirib.

Sonda seminarın mövzusu ətrafında müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: