Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Mikrobiologiya İnstitutu xarici əlaqələrini genişləndirir
02.04.2024 13:26
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutu xarici əlaqələrini genişləndirir

Türkiyənin tanınmış Universitetlərindən olan Nişantaşı Universitetinin Tibb fakültəsi ilə  Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutu arasında əməkdaşlıq müqaviləsi bağlanıb.

Sənəd Nişantaşı Universitetinin rektoru professor Ayşegül Komsuoğlu və  Mikrobiologiya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov tərəfindən  imzalanıb.

Müqavilədə birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi, müasir metodların tətbiqi, gənc mütəxəssislərin hazırlanması və s. məsələlərdə əməkdaşlıq edilməsi nəzərdə tutur. Bundan başqa, müqavilədə gələcək ortaq layihələrin icrası, müasir tədqiqat işlərinin birgə araşdırılması, birgə elmi xarakterli tədbirlərin təşkili məsələlərin həlli edilməsi də nəzərdə tutulub.

Müqavilədə əməkdaşlıq edilməsi nəzərdə tutulan vəzifələrə müvafiq olaraq Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun Bioloji aktiv maddələr laboratoriyasının elmi işçisi biologiya üzrə fəlsəfə doktoru Səbinə Cəfərzadə Nişantaşı Universitetinin Tibb fakültəsində aparılan elmi-tədqiqat işləri ilə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: