Polşalı alim professor Kochanovski Marek AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun qonağı olub.
Tədbiri giriş sözü ilə açan institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri eyni zamanda Erasmus+ proqramının koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəylinin Polşa-Azərbaycan ədəbi əlaqələrinə verdiyi dəyərdən bəhs edib. Ş.Əliyeva sonra əməkdaş-tələbə mübadiləsi çərçivəsində Polşanın Bialystok Universitetində təhsil alacaq doktorantları professorla tanış edib.
Tədbirdə professor Kochanovski Marekin Polyak ədəbiyyatında və mədəniyyətində modernizm mövzusunda məruzəsi dinlənilib.
Ədəbiyyat İnstitutunun Dünya Ədəbiyyatı və komporativistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Gülər Abdullabəyova, Ədəbiyyat İnstitutu üzrə Erasmus+ proqramının qalibi sosiologiya üzrə fəlsəfə doktoru Samir Səttarov da çıxış edərək layihənin əhəmiyyətindən bəhs ediblər.
Mühazirə institutun əməkdaşları, doktorant və dissertantları tərəfindən maraqla qarşılanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.