Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının əməyin hüquq müfəttişi və əməyin texniki müfəttişlərinin iştirakı ilə iclası keçirilib.
İclasda əsas məqsəd əməkdaşların əmək hüquqlarının təminatı, iş şəraitinin təhlükəsizliyi, həmçinin daxil olan müraciətlərin müzakirəsi və icra vəziyyəti ilə bağlı aparılan işlər olub.
Görüş zamanı Həmkarlar İttifaqına son 6 ay ərzində daxil olan müraciətlər ətraflı şəkildə təhlil olunub, mövcud problemlərin aradan qaldırılması üçün əməyin hüquq və texniki müfəttişlərin fəaliyyətləri dinlənilib, qiymətləndirmələr aparılıb. Eyni zamanda, iştirakçılar əmək qanunvericiliyinin tələbləri, iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması, həmçinin əməkdaşların hüquqlarının qorunması ilə bağlı fikir mübadiləsi aparıblar.
AMEA Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov qeyd edib ki, bu cür görüşlər mütəmadi keçiriləcək və işçilərin sosial hüquqlarının müdafiəsi istiqamətində işlər mütamadi olaraq davam etdiriləcək.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.