Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunda Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun V.P.Celepova adına Nüvə Problemləri laboratoriyasının rəhbəri Yevgeni Aleksandroviç Yakuşev və Radiasiya Biologiyası laboratoriyasının rəhbəri Buqay Nikolayeviç Aleksandr ilə görüş keçirilib.
Görüşdə Fizika İnstitutunun Elmi katibi Afət Kərimova, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin rəhbəri Rüstəm Rüstəmov, Nüvə və yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri Şakir Nağıyev, Patent şöbəsinin rəhbəri Səbinə Həsənova iştirak ediblər.
Görüş zamanı qarşılıqlı fəaliyyəti əks etdirən bir sıra məsələlər müzakirə olunub. Eyni zamanda Fizika İnstitutunun 80 illiyi və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun 70 illiyinə nəzərdə tutulan beynəlxalq konfransa aid olan elmi və təşkilati məsələlər ətrafında hərtərəfli müzakirə aparılıb, fəaliyyət müəyyənləşdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.