Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

Coğrafiya İnstitutu ilə İrkutsk Dövlət Universiteti arasında elmi əlaqələr yaradılır
02.05.2025 10:28
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutu ilə İrkutsk Dövlət Universiteti arasında elmi əlaqələr yaradılır

Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunda qonaq olan Rusiyanın İrkutsk Dövlət Universitetinin professoru Olqa Lopatovskaya ilə Coğrafiya İnstitutunun baş direktor v.i.e. c.ü.f.d., dosent Zaur İmraninin görüşü baş tutub.

Tərəflər Coğrafiya İnstitutu ilə universitetin Coğrafiya fakültəsi arasında elmi əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin aparılması və birgə konfransların təşkili məsələlərini müzakirə ediblər.

Görüşdə müəssisələr arasında elmi əməkdaşlıq haqqında Memorandum imzalanması haqqında ilkin razılıq əldə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: