Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

22.04.2024 16:20
  • A-
  • A
  • A+

Dilçilik İnstitutu ilə Qazaxıstan Milli Avrasiya Universiteti arasında memorandum imzalanıb

Dilçilik İnstitutu ilə Qazaxıstan Milli Avrasiya Universiteti arasında memorandum imzalanıb

Aprelin 22-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu ilə Qazaxıstan Milli Avrasiya Universiteti arasında anlaşma memorandumu imzalanıb.

Memorandum Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli və Qazaxıstan Milli Avrasiya Universitetinin Universitetinin Qazax Dil Bilimi bölümünün professoru Kuanışbek Kenzhalin tərəfindən imzalanıb.

Sənəddə ali təhsil müəssisəsi ilə Dilçilik İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatlar aparılması, elmi kadrların hazırlanması sahəsində əməkdaşlıq, birgə beynəlxalq konfransların keçirilməsi, elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.

Professor Nadir Məmmədli nümayəndə heyətini Dilçilik İnstitutunda görməkdən şad olduğunu bildirib.

Qazaxıstan Milli Avrasiya Universitetinin Universitetinin Qazax Dil Bilimi bölümünün professoru Kuanışbek Kenzhalin qeyd edib ki,  müqavilənin imzalanması Azərbaycan və Qazaxıstan arasında mövcud münasibətlərin inkişafına müsbət təkan verəcək.

Sonda qonaqlar institutun Türk dilləri şöbəsində olub. Görüş zamanı qazax dili ilə  ikidilli lüğətlərin hazırlanması müzakirə olunub.

Qeyd edək ki, görüşdə Milli Avrasiya Universitetinin doktorantı Nurbek Şalğınbəy, Bakı Slavyan Universitetinin Türkologiya kafedrasının dosenti Nuridə Novruzova və Azərbaycan Dillər Universitetinin Türk Dilləri Araşdırmaları Mərkəzinin müavini Cəlal İbrahimov və dosent Təranə Şükürlü iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: