Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır
10.05.2024 12:35
  • A-
  • A
  • A+

Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır

Şuşa ətrafında seysmoloji stansiyanın quraşdırılması üçün müəyyən işlər bitib. Yalnız abadlıq işləri və stansiyanın quraşdırılması qalıb. Stansiya bizə Türkiyənin AFAD qurumu tərəfindən hədiyyə olunub. O, quyudibi stansiya olacaq. Azərbaycanda 100 metr dərinlikdə quraşdırılacaq dördüncü stansiya olacaq.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

"Bundan sonra Cəbrayılda həmin işlərin aparılması nəzərdə tutulur. Hazırda sənədləşdirmə, torpaq ayrılması və sair işlər görülür. Əvvəllər orada stansiya var idi. Sonra Füzuli, Kəlbəcər, Xankəndi, Laçında - azad olunmuş bütün ərazilərdə kompleks tədqiqatlar aparılacaq. Orada stansiyalar da qurulacaq, əhali köçdükcə işlə də təmin olunacaq və kadrlar da hazırlanacaq", - deyə Q.Yetirmişli bildirib.

AzərTac

  • Paylaş: