Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib
10.05.2024 14:03
  • A-
  • A
  • A+

Şərqşünas alim Ankarada keçirilən simpoziumda məruzə edib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri t.ü.f.d., dosent Gülər Qafqazlı mayın 8-9-da Türkiyənin Ankara şəhərində Jandarma və Sahil Güvənlik Akademiyasının keçirdiyi “1923-cü ildən 2023-cü ilə qədər Türk əsrində təhlükəsizlik perspektivi” adlı beynəlxalq simpoziumunda iştirak edib. Şərqşünas alim simpoziumda  “Azərbaycan və COP 29” mövzusunda məruzə edib.

Məruzəçi Azərbaycan Respublikası üçün 2024-cü ilin ən mühüm və vacib hadisəsinin COP 29 beynəlxalq konfransının Bakıda keçirilməsi olduğunu deyərək, buna uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda, eyni zamanda “Yaşıl dünya naminə həmrəylik” ili kimi elan edilməsini qeyd edib.

G.Qafqazlı məruzəsində Azərbaycanda yaşıl enerjiyə verilən önəmdən, həmçinin bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdən olmağımızdan bəhs edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: