Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-da Ulu öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş futbol yarışının yarımfinal görüşləri keçirilib
22.05.2024 17:10
  • A-
  • A
  • A+

AMEA-da Ulu öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş futbol yarışının yarımfinal görüşləri keçirilib

Mayın 22-də AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Akademiya əməkdaşlarının futbol çempionatının yarımfinal oyunları baş tutub.

Finala çıxmaq uğrunda birinci oyun AMEA-nın Rəyasət Heyəti aparatının, “Elm” nəşriyyatının, Mərkəzi Elmi Kitabxananın birləşmiş komandası və Nizami Gəncəvi adına Ədəbiyyat, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Hüquq və İnsan Haqları institutlarının birləşmiş komandaları arasında baş tutub.

İkinci oyun isə Arxeologiya və Antropologiya İnstitutu ilə Respublika Seysmoloji Xidmət Mərkəzinin komandaları arasında olub.

24 may 2024-cü il tarixində keçiriləcək final oyununda Respublika Seysmoloji Xidmət Mərkəzinin komandası ilə Nizami Gəncəvi adına Ədəbiyyat, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya, Hüquq və İnsan Haqları institutlarının birləşmiş komandası birincilik uğrunda yarışacaqlar.

Həmin gün turnirin 3-cü yeri uğrunda AMEA-nın Rəyasət Heyəti aparatının, “Elm” nəşriyyatının, Mərkəzi Elmi Kitabxananın birləşmiş komandası ilə Arxeologiya və Antropologiya İnstitutunun komandası mübarizə aparacaqlar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: