Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı azalmışdır. Keçmiş 3663 ləkə qrupu dönmüşdür və hazırda yenə aktivdir. Bu gün ləkə qrupunda hesabat dövründəki ən güclü alışma qeydə alınmışdır. Yeni periodda 3691 kimi qeyd olunmuş oblastda X2.8 sinifli alışma baş vermişdir. Bu oblastdakı alışmalar nəticəsində R2 səviyyəli radiosiqnalların kəsilməsi, 10 sm dalğa uzunluğunda radioalışmalar və II-IV tip radioemissiya qeydə alınmışdır. Günəş səthində ləkələrin sayı azalaraq 7 ləkə qrupunda 148 ləkə və müşahidə olunur.
Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, enerjisi 2 MeV-dən çox olan elektron seli normal və orta səviyyədə (maks=764 pfu). 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində olmuşdur.
Hesabat dövründə Günəş küləyinin sürəti nisbətən azalaraq 502 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 10 nT, radial istiqamətdə isə -7 olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 413 km/san, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 4 nT, radial istiqamətdə isə 3 nT təşkil edir.
Hesabat dövrü ərzində geomaqnit sahəsi sakit və qeyi-sabit səviyyələrdə olmuşdur.
Kosmik hava proqnozu - Proqnoz günlərində (27 may - 02 iyun) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 40%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.
Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə olacağı, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.
Günəş küləyinin sürətinin nominal qiymətlərdə qalacağı gözlənilir.
Geomaqnit sahəsi gözlənilən TKA və Tac Dəliyi Axınlarının təsiri nəticəsində qeyri-sabit ola bilər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.