Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.06.2024 12:24
  • A-
  • A
  • A+

AMEA alimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

AMEA alimləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

AMEA-nın Azad Həmkarlar İttifaqının, Mərkəzi Elmi Kitabxana və Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkilatının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Günü münasibətilə AMEA alimləri Fəxri xiyabanı ziyarət ediblər. 

Ziyarətdə AMEA-nın Azad Həmkarlar İttifaqının sədri s.e.ü.f.d., dosent Sənan Həsənov, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun YAP ərazi təşkiltının sədri f.ü.f.d., dosent Şölət Zeynalov, şöbə müdiri f.ü.f.d Məhəmməd Cəbrayılov, institutun kiçik elmi işçisi Nərgiz Zeynallı, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının şöbə müdiri, Həmkarlar Təşkilatının sədr müavini Gülnar Məmmədova, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Faiq Babayev, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Həmkarlar Təşkilatının sədri filologiya elmləri doktoru, professor Şahbaz Musayev, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Həmkarlar Təşkilatının sədri geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev iştirak ediblər. Ziyarət zamanı iştirakçılar Ulu Öndər Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyub və onun əziz xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra AMEA alimləri görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək ehtiramlarını bildirib və məzarı önünə gül dəstələri qoyublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: