Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.08.2024 09:48
  • A-
  • A
  • A+

Estoniyanın Tartu Rəsədxanasının əməkdaşı Şamaxı Astrofizika Rəsədxanasında ezamiyyətdədir

Estoniyanın Tartu Rəsədxanasının əməkdaşı Şamaxı Astrofizika Rəsədxanasında ezamiyyətdədir

Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı olan “HORİZON 2020” tərəfindən maliyyələşdirilən 823734 nömrəli Marie-Sklodowska-Curie Qrant razılaşması çərçivəsində Estoniyanın Tartu Rəsədxanasının İnformasiya Texnologiyaları üzrə baş mütəxəssisi Tönis Eenmae N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) elmi ezamiyyətdədir.

Eston mütəxəssis öncə ŞAR-da spektral və fotometrik müşahidələrin aparılması zamanı istifadə olunan müasir qurgularla və müşahidə materiallarının işlənməsi zamanı istifadə olunan proqram qovluqları ilə tanış olub. İnfrastrukturu bəyənən qonaq, ŞAR-da göy cisimlərinin müşahidələrinin aparılması zamanı istifadə olunan qurğuların hal-hazırkı standartlara uyğun olduğunu vurğulayıb.

Qeyd edək ki, 1 aylıq elmi səfərin əsas məqsədi Şamaxı Astrofizika Rəsədxanası üçün “Database” yaradılmasıdır ki, xarici ölkələrin astronomları üçün əlçatan verilənlər bazasının mövcudluğu da öz növbəsində ŞAR-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsinə səbəb olacaqdır. Bu istiqamətdə artıq uzun müddətdir ki, Tartu Rəsədxanasının astronomları ilə geniş müzakirələr aparılır və konkret əməkdaşlıq planlarları nəzərdən keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: