Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Asəf Hacıyev Malayziyada keçirilən beynəlxalq konfransda iştirak edib
12.08.2024 15:32
  • A-
  • A
  • A+

Akademik Asəf Hacıyev Malayziyada keçirilən beynəlxalq konfransda iştirak edib

Akademik Asəf Hacıyev 5-8 avqust 2024-cü il tarixlərində Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçirilən 18-ci Management Science and Engineering Management beynəlxalq konfransda iştirak edib.

A.Hacıyev konfransda “Queueing systems with moving servers and control problems” mövzusunda plenar məruzə ilə çıxış edib. İsveçin Umea Universitetinin professoru Yuri Belyaev və AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun əməkdaşı Turan Məmmədovun həmmüəllifi olduğu məruzə konfransın xüsusi “Nominated Prize” mükafatına layiq görülub.

A.Hacıyev konfrans əsnasında, həmçinin “Əməliyyatların tətqiqatının tarixi və inkişafı” məruzəsilə çıxış edib.

Qeyd edək ki, konfrans məruzələri Springer nəşriyyatında çap olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: