Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

20.08.2024 09:22
  • A-
  • A
  • A+

Bu ilin ilk Super Ayı müşahidə olunub

Bu ilin ilk Super Ayı müşahidə olunub

Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunub. Bu, Mavi Super Aydır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu hadisə zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünüb. Avqustun 19-da Ay saat 19:41-də doğub və səhər saatlarınadək görünüb. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olur.

Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.

Qeyd edək ki, ilin sonunadək sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də Super Ay müşahidə ediləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: