Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

13.07.2026 17:18
  • A-
  • A
  • A+

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu və proqnozu

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəş fəallığı ötən həftəyə nisbətən zəifləmişdir. Yenə də əsasən 4479 ləkə regionunda M sinif alışmalar baş vermişdir. Maksimal sinifli alışma M5.3 sinifli alışma olmuşdur. Alışmalara bağlı olaraq radio rabitədə R1 səviyyəli fasilələr, II-IV tip radioemissiya qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 70  ləkə və Tac dəlikləri müşahidə olunur.

AR Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə olmuş, 5246 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 682 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 12 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti 436 km/san, sıxlığı 2.34 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 2.23 nT, radial istiqamətdə isə 0.02 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsi əsasən sakit-aktiv səviyyələr arası dəyişmişdir. 12 iyulda qısamüddətli G1 səviyyəsinə kimi yüksəlmələr qeydə alınmışdır.

Kosmik hava proqnozu – Proqnoz günlərində (13-19 iyul) C sinif alışmanın baş verməsi ehtimalı 75%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin  orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində olacağı gözlənilir.

Günəş küləyi sürəti 10 iyulda baş vermiş TKA-ların, həmçinin mənfi qütblü Tac Dəliyi Axınlarının təsiri ilə normadan yüksək olacaq.

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–10%, orta  geomaqnit enliklərdə isə 20-1%-dir.

Geomaqnit sahəsi – 10 iyulda baş vermiş TKA-nın təsiri ilə 13-14 iyulda geomaqnit sahəsinin fəallığının G1 səviyyəsinədək yüksəlməsi ehtimalı var.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: