Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

08.10.2024 14:55
  • A-
  • A
  • A+

AMEA Azad Həmkarlar İttifaqının sədri şəhid bulağının açılışında iştirak edib

AMEA Azad Həmkarlar İttifaqının sədri şəhid bulağının açılışında iştirak edib

Keşlə qəsəbəsində şəhid gizir Elfad Nağıyevin əziz xatirəsinə həsr olunmuş bulağın açılışı olub.

Mərasimdə AMEA-nın Azad Həmkarlar İttifaqının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov çıxış edib. Vətən müharibəsində şücaət göstərmiş şəhidlərimizin gənc nəslə örnək olduğunu, milli gücün, milli bütövlüyün nümunəsi olan ölməz qəhrəmanlarımızın şanlı tarix yazdıqlarını diqqətə çatdırıb. Şəhid ailələrinin adlarının əbədiləşdirilməsində dövlətimizin daimi diqqətinin olduğunu qeyd edib. Bulağın ərsəyə gətirilməsində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

Mərasimdə ictimaiyyət nümayəndələri, ziyalılar, müxtəlif dövlət orqanlarından olan əlaqədar şəxslər iştirak edib, şəhidlərimizin ruhuna dualar oxunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: