Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.04.2025 10:08
  • A-
  • A
  • A+

Numizmat alim Moskvada keçirilən konfransda məruzə edib

Numizmat alim Moskvada keçirilən konfransda məruzə edib

“Rusiya tarixində Şərq zinətləri. Orta əsrlər dövrü və onun arxeoloji göstəriciləri” adlı hibrid formatda XXI Moskva konfransı keçirilib.

Rusiya Elmlər Akademiyası, Qırğızıstan, Tatarstan, Qazaxıstan, Özbəkistan, Almaniya alimlərinin iştirak etdiyi konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunun baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Aygün Məmmədova məruzə edib.

ZOOM platforması üzrə təqdim edilən “Şəmkir orta əsr şəhərgahının numizmatik tapıntıları” (rus dilində) mövzusunda məruzədə 2017-ci ildə Şəmkir Arxeoloji Ekspedisiyasının rəhbəri, t.e.d., professor Tarix Dostiyevin Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fonduna təhvil verdiyi, Şəmkir şəhərgahında aşkarlanmış VIII – XIII əsrlərə (Abbasilər, Eldənizlər, Səlcuqlular, Gürcüstan) aid mis sikkələr barədə məlumat verilib.

T.ü.f.d. Aygün Məmmədovanın təyinatını verdiyi belə sikkələr qeyd edilən dövrdə Azərbaycanda pul təsərrüfatı və ticarət əlaqələri barədə qənaətlər əldə etməyə yardım edir. Məruzənin yekununda suallar cavablandırılıb və əməkdaşlıqla əlaqədar təkliflər səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: