Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

10.10.2024 15:59
  • A-
  • A
  • A+

Dosent Günel Məliklinin görkəmli alim Aida xanım İmanquliyevaya həsr olunmuş məqaləsi işıq üzü görüb

Dosent Günel Məliklinin görkəmli alim Aida xanım İmanquliyevaya həsr olunmuş məqaləsi işıq üzü görüb

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məliklinin görkəmli alim Aida xanım İmanquliyevanın həyat və yaradıcılığına dair “Ədəbiyyat” qəzetində “Azərbaycan elm tarixində Aida xanım İmanquliyevanın misilsiz xidməti sərlövhəli məqaləsi çap olunub.

Məqalədə Günel Məlikli professor Aida xanım İmanquliyevanın nadir və parlaq insan kimi çox zəngin daxili aləmi olduğunu qeyd edib. Vurğulanıb ki, Aida xanım mükəmməl əqidəyə, möhkəm prinsiplərə malik bir insan idi: Aida xanım yenilik duyğusuyla hər gələn sabahı gözləyən və tələbələrində də bunu görmək arzusuyla yaşayan unikal bir insan, cəsarətli elm, təhsil fədaisi, Azərbaycan elminin, təhsilinin, maarif və mədəniyyətinin əsl cəfakeşi idi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: