Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

12.06.2025 11:08
  • A-
  • A
  • A+

Şərqşünas alimin fəaliyyəti Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini tərəfindən yüksək qiymətləndirilib

Şərqşünas alimin fəaliyyəti Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini tərəfindən yüksək qiymətləndirilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə beynəlxalq qurumlar arasında əməkdaşlıq yüksək səviyyədə həyata keçirilməkdədir. Beynəlxalq əlaqələrinin zənginliyi və səmərəliliyi ilə seçilən Şərqşünaslıq İnstitutunun bu fəaliyyəti xarici ölkələrin müxtəlif qurumları tərəfindən də yüksək qiymətləndirilir.

Bu sahədə xüsusi seçilən Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, institutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin fəaliyyəti bu günlərdə Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədr müavini, Moskva İslam İnstitutunun rektoru, ilahiyyat elmləri doktoru professor Dəmir Muhətdinovun şərqşünas alimə ünvanlandığı  təşəkkür və təqdir məktubunda da yüksək dəyərləndirilib.

Professor Dəmir Muhətdinov Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi və Moskva İslam İnstitutu adından qurumlararası elmi, ictimai-mədəni və kadr hazırlığı sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində göstərdiyi aktiv fəaliyyət və xidmətlərə görə Elnur Mustafayevə öz təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: