ABŞ Kosmik Agentliyinin (NASA) "Jason-3" peyki "Falcon 9" raketdaşıyıcısının köməyi ilə orbitə çıxarılıb və istifadəyə hazırdır.
"Jason-3" ABŞ və Avropa İttifaqı alimlərinin ehtiyaclarına görə dünya okeanının səthinin müşahidəsi üçün nəzərdə tutulub. "NASA" nümayəndələrinin məlumatına görə, peykin köməyi ilə təbii fəlakətləri daha dəqiq proqnozlaşdırmaq, heyvanların miqrasiyasını izləmək, eləcə də iqlim dəyişikliklərinin effektini qiymətləndirmək mümkün olacaq.
Qeyd edək ki, bu peykdən əvvəl buraxılan "Jason-1" və "Jason-2" aparatları orbitə müvafiq olaraq 2001 və 2008-ci illərdə çıxarılıb. "Jason-1" fəaliyyətini 2013-cü ildə dayandırıb, "Jason-2" isə işini davam etdirir.