Dünyada ekosistemin pozulması nəticəsində artan təbii fəlakətlər, geosiyasi qarşıdurmalar fonunda daha böyük ərazilərə yayılan hərbi münaqişələr, böyük güclərin nüvə təhdidləri mülki müdafiə işinin vacibliyini daha da aktual edib. Mülki müdafiə sahəsində çalışan əməkdaşların, xüsusən rəhbər heyətin bilik və bacarıqlarının daha da artırılması AMEA Rəyasət Heyəti Aparatının mülki müdafiə şöbəsinin əsas prioritetlərindəndir.
25-28 noyabr tarixlərində AMEA Rəyasət Heyəti aparatının Mülki müdafiə şöbəsinin rəis müavini Hikmət Babayev Fövqəladə Hallar Nazirliyinin N saylı hərbi hissəsində “Mülki müdafiə qərargah rəisləri” kateqoriyası üzrə keçirilən təlimlərində iştirak edib. Təlimlərdə mülki müdafiə ilə bağlı hüquqi-normativ aktlar, qanunlar, mülki müdafiə işinin təşkili, idarə edilməsi, fövqəladə hallar zamanı əhalinin təhlükəsizliyinin təmin olunması, sığınacaqlardan istifadə, fövqəladə hallar üçün nəzərdə tutulmuş vasitələrdən istifadə qaydalarını əhatə edən nəzəri və praktik məlumatlar verilmişdir.
Peşəkar mütəxəssislər tərəfindən keçirilən təlimlərin sonunda iştirakçıların əldə etdikləri biliklər yoxlanılmış və fərqlənənlərə sertifikatlar təqdim edilmişdir.
Kursu uğurla başa vuran Hikmət Babayevə Fövqəladə Hallar Nazirliyinin “Mülki müdafiə qərargah rəisləri” kateqoriyası üzrə vəsiqə təqdim edilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.