Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.01.2025 17:59
  • A-
  • A
  • A+

AMEA-nın Gəncə Bölməsində gənc tədqiqatçıların dəyirmi masası keçirilib

AMEA-nın Gəncə Bölməsində gənc tədqiqatçıların dəyirmi masası keçirilib

AR Elm və Təhsil Nazirliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə Bölməsi və bölmənin Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Azərbaycan gəncliyi və “Yaşıl Dünya Naminə Həmrəylik İli” mövzusunda əlamətdar ilə həsr olunmuş yekun tədbir keçirilib.

Dəyirmi masanı giriş sözü ilə AMEA-nın Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev açaraq bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçiliyimizin tərəqqisinin əsas hərəkətverici qüvvəsi olan Azərbaycan gəncliyi ölkənin iqtisadi və ictimai həyatının daha yüksək mərhələlərə qaldırılmasına öz töhfəsini verməkdədir. Qeyd edib ki, Ümummilli Liderin strateji kursunun bu gün cənab Prezident İlham Əliyevin müasir əsaslarla daha uğurla davam etdirilməsi ilə inkişaf edən ölkəmizdə gənc nəslin potensialının hərtərəfli inkişafı üçün etibarlı zəmin yaradılıb.

Akademik Fuad Əliyev, həmçinin Gəncə Bölməsində daim gənc kadrlara, onların elm yolunda yüksəlməsinə xüsusi diqqət yetirildiyini vurğulayıb və qeyd edib ki, kollektivin gənc tədqiqatçıları mütəmadi olaraq, müxtəlif elmi forumlarda, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edir, öz yüksək nəticələri ilə Gəncə elmi məktəbinin ənənələrinin şərəfini ucaldırlar.

Sonra dəyirmi masanın məruzələri dinlənilib.

AMEA-nın Gəncə Bölməsinin Gənc Alim və Mütəxəsislər Şurasının sədri Vüqar Əhmədli “Heydər Əliyev və gənclər siyasəti”, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Simuzər Qafarlı “Gənclər paytaxtı konsepti, tarixi, seçim prosesi və Gəncənin rolu”, bölmənin Mülki müdafiə qərargahının rəisi Vüsal Eminbəyli “Gəncədə idman infrastrukturunun inkişafı”, Diyarşünaslıq İnstitutunun əməkdaşı İlahə Əsədzadə “Zəfərə aparan vətənpərvər gənclik” mövzuları izrə çıxış ediblər.

Dəyirmi masanın yekununda çıxış edən akademik Fuad Əliyev məruzələrin maraqlı olduğunu, xüsusən Gəncənin 2016-cı ildə Avropa Gənclər Paytaxtı, 2025-ci il üçün isə ölkəmizdə keçiriləcək MDB-nin İdman Oyunlarının əsas şəhəri olması məsələlərinin və bu hadisələrin böyük ictimai, siyasi və mədəni əhəmiyyətinin tədbirdə geniş şərh olunmasından məmnun qaldığını qeyd edərək, iştirakçılara minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: