Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

06.02.2025 13:44
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları İtaliyada ezamiyyətdə olublar

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları İtaliyada ezamiyyətdə olublar

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları – k.e.d. prof. Etibar İsmayılov, k.ü.f.d. dos. Aygün Rüstəmova, k.ü.f.d Sevinc Osmanova və k.ü.f.d. Sevil Xəlilova 28 yanvar - 3 fevral 2025-ci il tarixlərində İtaliyanın Roma şəhərində elmi ezamiyyətdə olub, bu müddət ərzində Frascati Milli Nüvə Fizikası İnstitutunun professoru Stefano Bellucci ilə birgə əməkdaşlıq çərçivəsində müzakirələr aparıblar.

Birgə əməkdaşlıq çərçivəsində kataliz və qeyri-üzvi kimya sahəsində birgə tədqiqatların aparılması perspektivləri, müasir eksperimental və nəzəri metodlardan istifadə edərək müştərək layihələrin həyata keçirilməsi, əməkdaşlıq nəticəsində elmi məqalələrin hazırlanması, konfrans və seminar iştirakları, həmçinin mümkün patentlər üzərində iş aparılmasına dair geniş müzakirələr aparılıb.

Göstərilən istiqamətlər bağlanmış müqavilədə də öz əksini tapıb.

Bu görüş və müzakirələrin nəticəsi olaraq, hər iki tətəf (RAİT88 və KQKİ) arasında əməkdaşlığın gücləndirilməsi və gələcəkdə uzunmüddətli elmi layihələrin həyata keçirilməsi barədə ilkin razılıq əldə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: