AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Günel Məlikli Rusiya Elmlər Akademiyasının Fəlsəfə İnstitutunda ixtisasartırma təcrübəsi keçməsinə görə mükafatlandırılıb.
Xatırladaq ki, o, təcrübə müddətində müxtəlif beynəlxalq konfranslarda iştirak edib. Alimin səfəri, həmçinin rəsmi və praktiki tədbirlərdən ibarət olub. Tədqiqat ərzində yüksək elmi potensialı ilə Azərbaycan elminin inkişafına dəyərli töhfələr verə biləcək gənc alim olaraq, respublikada, eləcə də xaricdə nüfuzlu elmi məcmuələrdə dərc etdirdiyi məqalələri ilə alimləri, doktorantları tanış edib. Təcrübə müddətində Abdusalam Hüseynov, Andrey Smirnov, Boris Prujinin və başqalarının elmi işləri ilə tanış olub. İnstitutun direktoru akademik Abdusalam Hüseynov Azərbaycan Prezidenti İlham Əliyevin siyasi strategiyası haqqında kitabla xüsusi maraqlandığını və tərcümə olunaraq institut əməkdaşlarının bir qisminə hədiyyə edilməsini tövsiyə edib.
Günel Məlikli bildirib ki, Ulu Öndər Heydər Əliyevin dövlət başçılığı və liderliyi miqyasında fəaliyyətinin fəlsəfə ilə elmin nəzəri-metodoloji ortaq sahəsində tədqiqi çox vacibdir. Məhz fəlsəfi-elmi araşdırma Heydər Əliyev fenomenini daha geniş prizmada adekvat anlamağa yardım edir.
Alim tədqiqatı ərzində Rusiya EA-nın Fəlsəfə İnstitutunun elmi və tədris fəaliyyəti və ixtisasartırma üzrə fəaliyyət göstərən Elmi-Tədris Mərkəzi ilə tanış olub, həmçinin Rusiya EA-nın bütün institutlar sistemində elm tarixi və fəlsəfəsini tədris edən əsas qurum olan Elm Tarixi və Fəlsəfə Departamentinin tədbirində yaxından iştirak edib, öz fikirlərini bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.