Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı
26.02.2025 20:08
  • A-
  • A
  • A+

Xalqımızın qan yaddaşı - Xocalı soyqırımı

Hüseyn Cavidin Ev Muzeyində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş soyqırım ilə bağlı tədbir keçirildi.

Öncə hadisə şəhidləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçənlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə muzeyin direktoru fil.ü.e.d. Gülbəniz Babaxanlı açaraq bildirdi ki, “Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli, faciəli və qanlı səhifələrindən biridir. Xocalı faciəsi hər il ölkəmizlə yanaşı, onun hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən xalqımızın qəhrəmanlıq mübarizəsinin bir səhifəsi kimi qeyd edilir. Bu faciəyə ilk dəfə hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. Onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında”qərar qəbul edib. 2020-ci ildən etibarən Xocalı faciəsi dərin hüzn və böyük kədərlə yanaşı, həm də milli qürur hissi ilə də keçirilir. Xocalı artıq yalnız bir faciənin simvolu deyil, həm də Azərbaycanın gücünün, xalqımızın yenilməzliyinin, dövlətimizin əzmkarlığının göstəricisidir”.

Daha sonra tədbiri muzeyin Elmi-kütləvi işlər şöbəsinin müdiri Kəmalə İsmayıllı davam etdirərək,  yalnız Xocalı faciəsini yad etmədiyimizi, həm də onun bərpasını, dirçəlişini, tarixə yazılan yeni şanlı səhifələrini qeyd etdiyimizi bildirərək, Prezident cənab İlham Əliyevin müdrik siyasəti nəticəsində Xocalıda aparılan yenidənqurma işləri və Böyük Qayıdış haqqında məlumat verdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: