Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Mikrobiologiya İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib
26.02.2025 20:45
  • A-
  • A
  • A+

Mikrobiologiya İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edən institutun baş direktoru AMEA-nın müxbir üzvü Pənah Muradov Xocalı soyqırımının Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biri olduğunu bildirib. Alim faciəyə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini, Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini vurğulayıb.

O qeyd edib ki, bu soyqırımı aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir: “Xocalı bizim əbədi olaraq yaddaşımızdadır. Azərbaycan Ordusu 44 gün ərzində şəhidlərimizin qisasını aldı, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Azərbaycan xalqı qalib xalq kimi yenidən öz doğma yurduna, elinə, obasına qayıdır. Xocalı yenidən qurulur, Xocalıya həyat qayıdır. Bu gün prezidentimizin yorulmaz fəaliyyəti nəticəsində dünyanın bir çox ölkəsində Xocalı hadisəsi adekvat olaraq qiymətləndirilir”.

Daha  sonra Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: