Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Dendrologiya İnstitutunun əməkdaşları orta məktəbdə tədbir keçirib
15.04.2025 15:08
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunun əməkdaşları orta məktəbdə tədbir keçirib

ETN Dendrologiya İnstitutunun əməkdaşları 319 nömrəli tam orta məktəbdə “canlı aləmə səyahət, biomüxtəlifliyin qorunması və bərpası” mövzusunda  tədbir keçirib.

Tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə əlaqədar olaraq təşkil edilib. 

Tədbirdə ilk əvvəl Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası, dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu haqqında məktəblilər qarşısındqa çıxışlar edilib.

Daha sonra, beynəlxalq mübadillə ilə Slovakiya Botanika bağından əldə edilmiş 12 yeni növ toxum nümunləri, xüsusi düzəldilmiş təcrübə ləklərinə səpilib. Bitkilərin toxumla çoxaldılması, inkişaf mərhələləri haqqında məktəblilərə bir sıra məlumatlar verilib.

Eyni zamanda Abşeron şəraitində çoxaldılan ağac tingləri, 319 nömrəli tam orta məktəbin ərazisində tətbiq edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: