Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

08.05.2025 10:34
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Coğrafiya İnstitutunun Elmi şurasının iclası keçirilib

AR Elm və Təhsil Nazirliyinin akademik H.Əliyev adına Coğrafiya İnstitutunun Elmi şurasının növbəti  iclası keçirilib.

İnstitutun baş direktoru v.i.e. c.ü.f.d., dosent Zaur İmrani gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.

Coğrafiya İnstitutunun 80 illik yubileyinə həsr olunmuş may ayında Cəlilabad və Lənkəran şəhərlərində keçirilməsi nəzərdə tutulan dəyirmi masa ilə bağlı  məsələ müzakirə edilib. Tədbirdə məruzə ilə çıxış edəcək elmi işçilərin məqalələrinin təqdim edilməsinin vacibliyi bir daha onların diqqətinə çatdırılıb.

Sonra Milli Aviasiya Akademiyasının kafedra müdiri prof. Nazim Hüseynov və müəllimi c.ü.f.d. Camal Hüseynovun birgə yazdıqları “Azərbaycanın iqlimi: Atmosfer yağıntılarının  rejimi” adlı monoqrafiyanın çapa təqdim edilməsi məsələsi müzakirəyə çıxarılıb. C.Hüseynov və kitabın rəyçisi prof. Əsgər Məmmədov çıxış edərək monoqrafiya haqqında məlumat veriblər. 

Monoqrafiyanın əhəmiyyətini xüsusi qeyd edən Şura üzvləri onun çapa təqdim edilməsini tövsiyə ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: