Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2025 09:22
  • A-
  • A
  • A+

Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə tədbir iştirakçıları  Ümummilli Liderin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

Tədbiri giriş sözü ilə açan institutun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev Ümummilli Liderin Azərbaycan dövlətinin formalaşmasında, qorunmasında və inkişafında misilsiz rolunu qeyd etdi.

Daha sonra institutun İslam dövrü arxeologiyası şöbəsinin müdiri t.e.d., professor Qafar Cəbiyev söz alaraq Ulu Öndər Heydər Əliyevin hələ sovet dönəmində Azərbaycan tarixinə və arxeologiyasına göstərdiyi diqqət və qayğıdan söz açdı.

İnstitutun Xəzər arxeologiyası şöbəsinin müdiri t.e.d., professor Abbas Seyidov Ümummilli Lider Heydər Əliyevin həyat mərhələləri barədə məlumat verdi.

Tədbirdə çıxış edən Məhkəmə arxeologiyası şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyev bildirdi ki, 1993-cü ildə Azərbaycanın dünyanın siyasi xəritəsindən silinməsi təhlükəsinin qarşısını məhz Heydər Əliyevin müdrik siyasəti aldı.

Tədbirin iştirakçıları Ümummilli Lider Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasi kursun  Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar. Azərbaycan Respublikasının iqtisadi və mədəni inkişafı, idarəçilikdə aparılan modern islahatlar bu uğurları nümayiş etdirməkdədir. Bu uğurlar içində isə, 44 günlük İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun torpaqlarımızı azad edərək yağı düşmən üzərində qazandığı möhtəşəm qələbə xüsusi yeri tutur. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: