Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

10.05.2025 09:52
  • A-
  • A
  • A+

Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

Memarlıq və İncəsənət İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanın quruculuğu və xalqımızın parlaq gələcəyi üçün misilsiz xidmətlərindən bəhs edib. Ümummilli Liderin ölkəmizdə digər sahələr ilə yanaşı mədəniyyət sahəsində göstərdiyi qayğını, elm, mədəniyyət, incəsənət xadimlərinə xüsusi diqqət  göstərdiyini qeyd edib. Azərbaycanın mədəni irsinin beynəlxalq təşkilatlarda tanıdılmasında Heydər Əliyevin böyük xidməti olduğunu bildirib. İnstitut rəhbəri qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin ideyaları bu gün də yaşayır. Həyatımızın hər bir sahəsində Heydər Əliyev zəkasının izləri görünür. Azərbaycanın mədəniyyət və incəsənət sahəsində qazanılan uğurları Ulu Öndərimizin ənənənələrinin davamıdır.     

“Bölgələrdə Heydər Əliyevə ucaldılmış abidələr”  adlı məruzə ilə çıxış edən elmi işlər üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Xəzər Zeynalov Ulu Öndərin Azərbaycanın müxtəlif bölgələrində olan heykəllərindən danışdı. O, qeyd etdi ki, öz ideya-bədii tutumuna görə bu heykəllər heç də Bakıdakı heykəllərdən geri qalmır. X.Zeynalov Gəncə, Naxçıvan, Şamaxı, Qobustan, eləcə də Ağcabədi, Yevlax, Neftçala. Sabirabad və digər şəhərlərdə ucaldılmış heykəllərdən söz açaraq onları sənətşünaslıq müstəvisində təhlil etdi.

Daha sonra Kulturologiya və incəsənətin nəzəriyyəsi şöbəsinin müdiri, sənətşünaslıq doktoru, professor Nailə Rəhimbəyli “Heydər Əliyev və müasir Azərbaycan mədəniyyəti”adlı məruzə ilə çıxış etdi.

Professor Nailə Rəhimbəyli qeyd etdi ki, Azərbaycan öz mədəniyyəti və incəsənəti ilə dünyada tanınır. XX əsrdə xalqımızın mədəni həyatında başlayan yeni dövr Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə xalqın mədəniyyətinin inkişafına hər zaman diqqət yetirmişdir. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Mədəniyyətimizin hər bir sahəsi H.Əliyev qayğısından və onun dəyərli ideyalarından bəhrələnib.

Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Çıxışının sonunda Heydər Əliyevin ifasında “Küçələrə su səpmişəm” mahnısından bir fraqment, eləcə də Azərbaycan mədəniyyət və incəsənəti haqqında Ulu Öndərin fikirləri videoçarxda səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: