Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Coğrafiya İnstitutunun təşkilatçılığı ilə respublika elmi konfransı keçirilib
02.06.2025 15:37
  • A-
  • A
  • A+

Coğrafiya İnstitutunun təşkilatçılığı ilə respublika elmi konfransı keçirilib

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “Regionlarda elm və təhsilin keyfiyyətinin yaxşılaşdırılması” mövzusunda bakalavr və magistrantların respublika elmi konfransı onlayn formatda baş tutub.

Konfransın açılışında çıxış edən Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən c.ü.f.d., dosent Zaur İmrani bildirib ki, konfransın əsas məqsədi elm və təhsilin inteqrasiyası ilə yanaşı, gənc tədqiqatçılara öz elmi nəticələrini təqdim etmək üçün platforma yaratmaq, gənclər arasında elmi dialoqu təşviq etmək, regionlarda elmi mühitin inkişafına dəstək verməkdir.

Konfransda ölkənin müxtəlif ali təhsil müəssisələrindən 50-yə yaxın gənc tədqiqatçı iştirak edib. 10-dan artıq elmi istiqaməti əhatə edən məqalələr konfransın elmi gündəmini formalaşdırıb. Maraqla qarşılanan məruzələr əsasında dinamik elmi təqdimatlar və interaktiv müzakirələr baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: