Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2025 10:36
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

Əlyazmalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Tədbiri giriş nitqi ilə institutun elmi işlər üzrə direktor müavini, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri fil.ü.f.d., dosent Əkrəm Bağırov açıb. O, iclasın gündəliyinə əsasən institut əməkdaşları - Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Əli Əliyevə 70 illik yubileyi və məhsuldar elmi fəaliyyətinə görə “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Fəxri Fərman”ını, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri fil.ü.f.d., dosent Lamiyə Rəhimova və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Sevinc Bayramovaya isə Azərbaycan Milli Elmlər Akademiyasının elmi-ictimai həyatında səmərəli fəaliyyətlərinə görə və “8 Mart - Beynəlxalq Qadınlar Günü” münasibətilə “AMEA Humanitar Elmlər Bölməsinin Fəxri Fərman”ını təqdim edib, alimlərimizə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra çıxış üçün sözü elmi katib tarix ü.f.d., dosent Aynur Hacıqədirliyə verib.

A.Hacıqədirli iclasın gündəliyinə əsasən kadr və yeni nəşrlərlə bağlı məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Şura üzvlərinin müzakirəsindən sonra gündəlikdə duran məsələlər təsdiqlənib.

Qeyd edək ki, kadr məsələləri ilə bağlı yeni təyinata əsasən Multidissiplinar əlyazmaların tədqiqi şöbəsinin əməkdaşı tarix e.d., dosent Rəna Məmmədova aparıcı elmi işçi vəzifəsindən baş elmi işçi vəzifəsinə, Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin əməkdaşı Xatirə Kərimova elmi işçi vəzifəsindən böyük elmi işçi vəzifəsinə, Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşı Sevinc Muxtarova və Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin əməkdaşı Günel Şakirli isə müvafiq olaraq kiçik elmi işçi və baş biblioqraf vəzifələrindən elmi işçi vəzifələrinə keçiblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: